AUT.AZ

Təsdiqlədilər: Onunla əlaqəmiz var

“Barselona”nın vitse-prezidenti Rafa Yuste Lionel Messi ilə əlaqə saxladıqlarını, onun qayıtması üçün danışıqlar apardıqlarını  təsdiqləyib.

“Messidən geri qayıtmasını xahiş edəcəm? Onu geri istəyirəm? Aramızda əlaqələr varmı? Hər şeyə “hə” cavab verirəm.

Leo və ailəsi mənim onlara olan bağlılığımdan xəbərdardır. Müqavilənin uzadılması ilə bağlı danışıqlarda iştirak etdim, təəssüf ki, alınmadı.

Bu məsələ beynimdə ilişib qalıb. “Barselona”dan danışırıqsa, deməli, həm də Leodan danışırıq. O, təkcə meydanda yox, meydandan kənarda da bizi təmsil etmək üçün qayıtsa, sevinərdim. Həyatda gözəl hekayələr yaxşı bitməlidir. Onunla əlaqəmiz var”, – deyə “Marca” Yustedən sitat gətirib.

Aut.az

Exit mobile version