AUT.AZ

Snusdan istifadə edənlərin sayı artıb: hətta məşhur futbolçular da….

İngiltərədə snusdan (18-ci əsrin əvvəllərində İsveçdə quru enfiye variantından yaranan tütün məmulatı) istifadə edən oyunçuların sayı artır.

BBC-nin məlumatına görə, Peşəkar Futbolçular Assosiasiyası üyüdülmüş nəmlənmiş tütün olan məhsulun istehlakçılara təsiri ilə bağlı araşdırma aparmağı planlaşdırır.

PFA bununla bağlı seminar keçirib, sorğular aparıb.  “Seminarlardan sonra üzvlərimizdən bəziləri narkomaniya ilə bağlı kömək istədi. Biz bu problemi həll etməyə başlamaq üçün seçilmiş klublarda xüsusi görüşlər keçirməyə çalışdıq”, – deyə PFA sözçüsü bildirib.

Böyük Britaniyada snusun satışı qadağandır, lakin istehlakı qadağan deyil. Bu məhsuldan bəzi yüksək səviyyəli oyunçuların da istifadə etdiyi iddia edilir.

Aut.az

Exit mobile version