AUT.AZ

Samir Abasov: “Bir xal da bizim üçün “çörək” idi”

“Sumqayıt” Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə “Turan Tovuz”u 3:2 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında “kimyaçılar”ın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:

– Komandamı təbrik edirəm. Həddən artıq möhkəm komandaya qarşı oynadıq. Mübarizəyə bu qədər önəm verən rəqibə qarşı səfərdə oynamaq çox çətindir. Bu mövsüm ən yaxşı oyunlarımızdan birini keçirdik. Geriyə düşməyimizə baxmayaraq futbolçular intizamı qoruyub saxladılar, oyundan qopmadılar. Yaxşı oyunla qələbə qazandıq. Son mərhələyə girmişik. Bu 9 oyun çox önəmlidir. Burda qazanılacaq 1 xal da bizim üçün “çörək” idi. Heç kim oyundan qopmadı.

– Kamran Əliyev komandaya uyğunlaşa bilib?

– Onun üçün uyğunlaşmaq çox asandır. Həm rusca, həm azərbaycanca danışır. Amma bu gün bəzi epizodlarda qopurdu. Tam istədiyim kimi olması üçün ona bir az da vaxt lazımdır.

– “Sumqayıt” Premyer Liqanı tərk etsə, komandada qalacaqsız?

– Bəli, saxlasalar, qalacam.

Exit mobile version