AUT.AZ

Pablo Eskobarın klubundan təklif alıbmış

“Lokomotiv”in və “Dinamo”nun sabiq futbolçusu Valeri Qazzayev bildirib ki, 1980-ci illərdə Kolumbiyanın “Santa Fe” klubundan dəvət alıb.

“1982-ci ildə Cənubi Amerika getdik. SSRİ yığması Kolumbiyanın “Sante Fe” klubu ilə oynadı. 3:2 hesabı ilə qalib gəldik, iki qol vurdum. Oyundan sonra 100 min dollar maaş təklif etdilər. Dedilər ki, Moskvaya zəng edək. Cavab verdim ki, olmaz, bizdə belə şey qəbul edilmir. Sonradan öyrəndim ki, bu kluba dünyanın ən məşhur narkobaronu Pablo Eskobar rəhbərlik edir.

Türkiyədə də eyni şey – “Lokomotiv”lə təlim-məşq toplanışında idik, 1977-ci il idi. Qapını döyüb məni söhbətə dəvət etdilər. İllik 1,5 milyon dollarlıq müqavilə bağlamaq istəyirdilər.  Amma bu haqda heç düşünmədim də. Biz başqa cür tərbiyə olunurduq”, – deyə “Match TV” Qazzayevdən sitat gətirib.

Aut.az

Exit mobile version