AUT.AZ

Onu videoya çəkən pərəstişkarına belə qarğış etdi – VİDEO

Rio-de-Janeyrodakı restoranlardan birində pərəstişkarının kameralı telefonunu ona tərəf tutması Marselonu özündən çıxarıb.

Aut.az xəbər verir ki, “Daily Star” tərəfindən yayımlanan videoda fanatın, “Real”ın əfsanəsi masasına tərəf getdiyi zaman çəkiliş apardığı görünür.

34 yaşlı braziliyalı videoya çəkilməsini təqdir etmir və portuqal dilində “Tomara que seu telefone quebre” deyir. Onun qarğışının tərcüməsi belədir: “Ümid edirəm ki, telefonunuz xarab olar”.

Marselo İspaniya paytaxtında parlaq 15,5 il keçirdikdən sonra keçən yay “Olimpiakos”a keçib. O, cəmi 5 aydan sonra yunan klubu ilə müqaviləsinə xitam verib və doğma şəhərinin “Fluminense” klubuna qayıdıb.

 

Exit mobile version