AUT.AZ

Messi onu hönkür-hönkür ağladıb

“Mançester Yunayted”in və Fransa yığmasının sabiq müdafiəçisi Patris Evra 2022-ci ildə keçirilən dünya çempionatının final oyunundan sonra Lionel Messinin və Argentina millisinin onu ağlatdığını deyib.

 “Bunu gözləmirdim. Doğru danışacam, oyundan sonra maşınıma yaxınlaşdım və hönkür-hönkür ağladım. Üç gün özümə gələ bilmədim. Öz-özümə deyirdim: “Patris, bilirəm ki, sən Fransa komandasını sevirsən”. Mənim üçün çox ağır idi.

Amma təbii ki, Fransa yığmasının qarşısında papağımı çıxarıram. Kilian het-trik etdi. Het-trik edirsən, finalda üç qol vurursan, amma gəlmirsən. Bu inanılmaz idi! Və bu matç… İki topluq fərqi necə aradan qaldırdılar… Bu zaman öz-özümə dedim ki, vəssalam, hər şey bitdi. Amma sonra nə baş verdi…  Çox emosional idi, həddən artıq”, – Evra deyib.

Aut.az

Exit mobile version