AUT.AZ

İdman komplekslərini yandırdılar

İndoneziyanın FIFA U-20 dünya çempionatına ev sahibliyi hüququndan məhrum edilməsindən sonra Padanq şəhərində naməlum şəxslər bir neçə idman kompleksinin binasını yandırıblar.

Aut.az xəbər verir ki, hadisə nəticəsində tikililərə ciddi ziyan dəyib, bir nəfər dünyasını dəyişib.

Padanq yanğınsöndürmə idarəsinin rəisi Sutan Hendra mərhumun 16 yaşında olduğunu bildirib: “Onun ölümünün hansı şəraitdə baş verdiyi araşdırılır. Ümumilikdə beş bina yanıb. Yanğınsöndürənlər alovun qarşısını ala biliblər”.

Qeyd edək ki, FIFA İsraillə bağlı dünya çempionatına ev sahibliyi hüququnu İndoneziyadan alib.

Exit mobile version