AUT.AZ

Futbolçuların pərdəarxası həyatlarını çəkmək istəyir – Amma…

“Netflix” İngiltərə Premyer Liqasında çıxış edən ulduz futbolçuların pərdəarxası həyatlarını seriala çəkmək istəyib.

Aut.Az xəbər verir ki, lakin çempionatın rəhbərliyi kanalın bu təklifini rədd edib. ​Bu barədə ​​​​​​məlumatı “Times” qəzeti yayıb.

Layihənin reallaşması üçün “Netflix” quruma 5 milyon funt təklif edib. Ancaq bu məğləğ Premyer Liqa rəhbərliyini qane etməyib.

Bildirilir ki, çəkilişlər yayım hüquqlarının satışı üzrə hərraclara mənfi təsir göstərə bilər. Yayımçılar uzun müddətdir ki, Premyer Liqadan klubların soyunub-geyinmə otaqları və məşq meydançalarında çəkiliş aparmaq üçün icazə almağa çalışırlar və “Netflix”in pərdə arxasında olması narazılıq yarada bilər.

Qeyd edək ki, “Netflix” 6-8 komandanın gündəlik həyatından bəhs edən üç mövsümlük serial çəkməyi planlaşdırırdı.

Exit mobile version