AUT.AZ

FIFA-dan Avropa Komissiyasına şikayət edib

Ukraynanın “Şaxtyor” (Donetsk) klubu FIFA-dan Avropa Komissiyasına şikayət edib.

Aut.az xəbər verir ki, bu barədə klubun baş direktoru Sergey Palkin açıqlama verib.

Funksioner bildirib ki, buna səbəb ölkədə müharibə başlandıqdan sonra əcnəbi oyunçular və məşqçilərin klublarla müqavilələrini dayandırmasıdır.

“Şaxtyor” rəsmisi hesab edir ki, ali futbol qurumunun qərarı ədalətli oyun prinsipinə ziddir və klubun əsas gəlirinin təxminən 40 milyon avro azalmasına səbəb olub.

Exit mobile version