AUT.AZ

Aqueronun ürəyi yenə də şıltaqlıq etdi – VİDEO

Argentina yığmasının sabiq futbolçusu Serxio Aqueronun ürəyində yenə də problem yaranıb.

Aut.az xəbər verir ki, Aquero canlı yayım zamanı mini aritmiya (ürəyin normal ritminin pozulması) keçirib. O, aparıcısı ilə söhbət zamanı anidən özünü narahat hiss edib.

Əlini sinəsinə qoyaraq susan Aquero bir qədər sonra ürək ritmində dəyişiklik yarandığını bildirib. Həkim müayinəsindən sonra o, səhhətinin qaydasında olduğunu deyib: “Mini aritmiya keçirdim. Belə vəziyyətdə köməyə ehtiyac olub-olmadığını müəyyən edən çip var. Həkimlər hər şeyin qaydasında olduğunu dedilər”.

Serxio Aquero 2021-ci ilin yayında “Barselona”ya keçsə də, ürəyində yaranan problemə görə karyerasını bitirib.

 

Exit mobile version