AUT.AZ

Ərəblərin ilkin təklifi 30 milyondur – Daha sonra…

PSJ-nin müdafiəçisi Serxio Ramos Səudiyyə Ərəbistanından təklif alıb.

Aut.az xəbər verir ki, o, ərəblərin təklifini qəbul etsə, böyük məbləğdə məvacib alacaq. “L’Equipe”nin məlumatına görə, ilkin olaraq Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu futbolçuya 30 milyon avro məvacib təklif edib. Amma bu rəqəm 50 milyon avroya qədər artırıla bilər.

Ramos PSJ-də vergilər ödənmədən ildə 10 milyon avrodan az qazanır. Parislilər onunla yeni müqavilə ilə bağlı danışıqlar apararkən maaşı azaltmağa çalışacaqlar.

Bu mövsüm Ramos PSJ-nin heyətində bütün turnirlərdə 36 oyuna çıxıb, 2 qol vurub və bir məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version