AUT.AZ

“Ulduz xəstəliyi”nə tutulub, heç kimlə yola getmir

“Barselona”nın hücumameyilli yarımmüdafiəçisi Qavi İspaniya millisinin martda keçirilən toplanışı zamanı kiçik qalmaqalın mərkəzində olub.

Aut.az “Relevo”ya istinadən xəbər verir ki, insident Malaqada ənənəvi olaraq millinin ev oyunlarından əvvəl keçirilən avtoqraf sessiyası zamanı baş verib.

Azarkeşlərlə ünsiyyətə çağırılan futbolçular arasında Qavi də var idi və əvvəlcə yarımmüdafiəçi səhhətinin pis olduğunu əsas gətirərək zalda görünməyib. Qavi öz yerinə başqa futbolçu göndərməyi xahiş edib ki, bu da digər futbolçular arasında böyük qıcıq yaradıb. Bundan xəbər tutan federasiya nümayəndələri futbolçunu tədbirə gəlməyə məcbur ediblər.

Ancaq o, tədbirə gələndə artıq digər futbolçular missiyalarını başa vurmuşdular. Bundan sonra Qavi təkbaşına formaları imzalamağa başlayıb.

Onun belə davranışı digər futbolçularda narazılıq yaradıb.

Qeyd olunur ki, bu hadisə Qavinin məşqdə millinin digər futbolçuları ilə mübahisə etməsindən sonra baş verib. Yarımmüdafiəçinin yersiz zərbəsi toqquşmaya səbəb oldu və Morata, kapitan kimi, “ulduz xəstəliyi”nə tutulan Qavi ilə mübahisə edib.

Artıq futbolçunun davranışı ilə bağlı federasiyaya şikayət olunub. Amma rəhbərlik onun yaşını nəzərə alaraq, futbolçu haqda sərt qərar verməyə tələsmir.

Aut.az

 

Exit mobile version