AUT.AZ

Milyonları belə qazanırlar: 18-ə alıb, 68-ə satır

“Napoli”nin cənubi koreyalı müdafiəçisi Kim Min Ce karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Aut.az xəbər verir ki, informasiyanı “FourFourTwo” yayıb. Bildirilir ki, sözügedən oyunçunun xidmətində “Liverpul” maraqlıdır. “Qırmızılar”ın bu transfer üçün Neapol klubuna 68 milyon avro ödəməyə hazır olduğu vurğulanıb.

Min Cenin “Liverpul”da oynamaq variantına isti yanaşdığı bildirilib.

Qeyd edək ki, hazırda 71 xalla A Seriyasının lideri olan “Napoli” Kimi ötən ilin yayında, 18 milyon avro qarşılığında “Fənərbağça”dan transfer edib.

Exit mobile version