AUT.AZ

Karyerasını başa vurdu

“Milan”, “Vilyarreal” və “Kolo-Kolo”nun keçmiş futbolçusu Matias Fernandes karyerasını bitirib.  

Aut.az xəbər verir ki, Buenos-Ayresdə anadan olan 36 yaşlı çilili futboldan getdiyini açıqlayıb.

Matias 2006-cı ildə Cənubi Amerikanın ən yaxşı futbolçusu olub. Uzun müddət milli komandaya dəvət alıb və yetmiş üç oyun keçirib.

O, 2021-ci ildən Çilinin “Deportes La Serena” komandasında çıxış edirdi.

Exit mobile version