AUT.AZ

Görün Ronaldonun sevgilisi övladlarını nəyə vadar edir

“Əl-Nəsr”in portuqaliyalı hücumçu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriges uşaqları necə böyütməsindən danışıb.

“Kristiano və mən təvazökar ailələrdənik. Biz hər fürsəti qiymətləndiririk. Həmişə uşaqlarımıza şükür etməyi aşılayırıq. Bəzən onları vadar edirəm ki, aclıq çəkən uşaqlarla bağlı videolara baxsınlar.

Onlara deyirəm ki, sizin də başınıza gələ bilər. Uşaq vaxtı anam yeməyimi tam yeməyənə qədər süfrədən qalxmağıma icazə verməzdi”, – AS Rodrigesdən sitat gətirib.

Xatırladaq ki, 38 yaşlı Ronaldo 2022-ci ilin dekabrında 2,5 illik müqavilə imzalayaraq Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçib. O, klubda on oyun keçirib, doqquz qol vurub və iki məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version