AUT.AZ

“Barsa”nı puldan üstün tutdu

PSJ-də çıxış edən Lionel Messi yayda “Barselona”ya qayıda bilər.

Aut.az xəbər verir ki, argentinalı hücumçu sabiq klubu ilə anlaşıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Messi Kataloniya təmsilçisində az maaş almağa da razılaşıb. Ancaq məbləğ açıqlanmayıb.

Maliyyə durumu yaxşı olmayan “Barselona”nın yayda onu transfer etməsinin mümkünsüz olduğu bildirilir. İspaniya klubu Messini azad agent kimi və az maaşa heyətinə qatmaq niyyətindədir.

Messi bu mövsüm 27 matçda 16 qol, 14 məhsuldar ötürmə ilə yadda qalıb. Onun PSJ ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Qeyd edək ki, argentinalı hücumçu yetirməsi olduğu “Barselona”nın əsas komandasında 2004-2021-ci illərdə forma geyinib.

Exit mobile version