AUT.AZ

Azarkeşlər üçün avtobusların pulunu futbolçular ödəyəcək

“Valensiya”nın futbolçuları aprelin 9-da İspaniya çempionatının 28-ci turu çərçivəsində keçiriləcək “Almeriya” ilə səfər oyununa gediş-gəliş üçün avtobusların pulunu azarkeşlərə ödəyəcək.

Ötən həftə klub rəhbərləri Almeriya yolunda komandanı dəstəkləyəcək azarkeşlər üçün avtobusların pulunu ödəyəcəklərini açıqlamışdı. Bundan dərhal sonra satışa çıxarılan 500-ə yaxın biletin hamısı alındı. Aut.az “Marca”ya istinadən xəbər verir ki, bundan xəbər tutan futbolçular nəqliyyat xərclərini qarşılamaq istəyi ilə klub rəhbərliyinə müraciət ediblər.

“Valensiya” 2023-cü ildə səfərdə keçirdiyi altı liqa matçının hamısında bir qol vurmadan məğlub oldu. 26 turun yekunlarına görə, komanda 26 xalla La Liqada 18-ci pillədə qərarlaşıb.

Aut.az

Exit mobile version