AUT.AZ

AFFA-da ara qarışdı: Canni de Byazi qovulur

Futbol üzrə milli komandamızın Avro-2024-ün seçmə mərhələsinə 2 məğlubiyyətlə başlaması AFFA-da vəziyyəti gərginləşdirib.

Aut.az-ın əldə etdiyi məlumata görə, yığmanın Avstriya (1:4) və İsveçlə (0:5) görüşlərdə böyük hesabla uduzması futbol ictimaiyyətində və ölkədə ciddi narazılıq doğurub. Azarkeşlərlə və futbol mütəxəssislərinin etirazlarına millət vəkilləri, siyasi xadimlər və digər nüfuzlu şəxslərin də qoşulması federasiyada ciddi narahatlıq yaradıb.

Bu səbəbdən baş məşqçi Canni de Byazidən dərhal – elə bu həftə hesabat verməsi tələb edilib. Eyni zamanda, AFFA daxilində italyalı mütəxəssisin gələcək taleyi barədə ciddi müzakirələr başlayıb. Artıq 66 yaşlı çalışdırıcı ilə vaxtından əvvəl yolları ayırmaq haqda düşünülür. Futbolçuların da baş məşqçidən narazı olması qurumu bu məsələ ətrafında baş sınddırmağa vadar edir.

Canni de Byazinin taleyinə növbəti həftə aydınlıq gələcək. Hazırkı vəziyyətdə italyalı məşqçinin istefaya göndərilmək ehtimalı çoxdur.

Exit mobile version