AUT.AZ

15 yaşlı bu uşağın üstündə qırğındır

“Osiek”in 15 yaşlı müdafiəçi ilə “Barselona” və “Yuventus” maraqlanır.

Aut.az xəbər verir ki, Turin klubu artıq bir ildir ki, Xorvatiya U-17 millisinin mərkəz müdafiəçisi Lyubo Puliçi izləyir. “Yuve”nin skautları futbolçunu yaxşı öyrəniblər və onu böyük istedad kimi görürlər.

“Barselona” da Puliçlə müqavilə bağlamaqda maraqlıdır və danışıqlara başlayıb. “Bavariya” və “Borussiya Dortmund” da futbolçuya iddialıdır.

Lyubonun dəyəri 10 milyon avrodan çox qiymətləndirilir.

Puliç yaxın həftələrdə gələcəyi ilə bağlı qərar vermək və klublardan biri ilə ilkin müqavilə imzalamaq istəyir.

Aut.az

Exit mobile version