AUT.AZ

Ən çox məvacib alan məşqçi – Nə Qvardiola, nə də…

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone dünya futbolunda ən çox maaş alan məşqçidir.

Aut.az xəbər verir ki, “L’Equipe”in ​​məlumatına görə, 52 yaşlı argentinalı ildə 29,8 milyon funt-sterlinq qazanır.

İkinci yerdə ildə 19,7 milyon funt-sterlinq qazanan “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola qərarlaşıb. İlk üçlüyü ildə 15,7 milyon funt sterlinq maaşla “Liverpul”un baş məşqçisi Yurgen Klopp tamamlayır.

“Çelsi”nin baş məşqçisi Qrem Potter 11,9 milyon funt-sterlinqlə dördüncü, “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri isə 11,2 milyon funt-sterlinqlə beşincidir. Altıncı yeri “Bavariya”nın yeni baş məşqçisi Tomas Tuxel (10,5 milyon funt-sterlinq) tutub.

Aut.az

Exit mobile version