AUT.AZ

Özünü işə saldı – Polis araşdırmaya başladı

Böyük Mançester polisi Erlinq Haaland ilə bağlı insidenti araşdırır.

Aut.az xəbər verir ki, daha əvvəl “Sun” qəzeti “Mançester Siti”nin hücumçusunun “Rolls-Royce” sürərkən telefondan istifadə etdiyini göstərən foto dərc etmişdi.

Polis bu fotodan xəbəri olduğunu bildirib. İstintaq başlayıb.

“Mançester Siti” bu mövsüm 37 matçda 42 qol vuran norveçli futbolçu ilə bağlı insidentlə bağlı açıqlama verməyib.

Aut.az

Exit mobile version