AUT.AZ

FİFA sanksiyanı təmin etdi: O, bu ölkədə də işləyə bilməz

The FIFA logo is seen outside the FIFA headquarters in Zurich, Switzerland, December 17, 2015. REUTERS/Ruben Sprich - GF10000269339

FİFA “Yuventus”un sabiq menecerlərinə qarşı sanksiyaları genişləndirib.

Bundan əvvəl İtaliya Futbol Federasiyasının (FIGC) məhkəməsi qondarma kapital qazanmasına görə klubun cəzalandırılmasını tələb edən prokurorun vəsatətini təmin etmişdi. Məhkəmə çəkişmələri səbəbindən istefa verən “Yuve”nin keçmiş rəhbərləri futboldan uzaqlaşdırılıb.

Klubun sabiq prezidenti Andrea Anelli və sabiq baş direktor cer Mauritsio Arrivabene 2 il, keçmiş vitse-prezident Pavel Nedved 8 ay, keçmiş idman direktoru Fabio Paratiçi 2,5 il, “Yuve”nin idman direktoru Federiko Çerubini 1 il 4 ay müddətinə futboldan uzaqlaşdırılıb.

Bu sanksiyalar İtaliya futboluna şamil edilmişdi. Bu gün isə  FİFA bu sanksiyaların onun himayəsində olan turnirlərə də şamil edilməsi ilə bağlı məhkəmənin tələbini təmin edib.

Beləliklə, “Tottenhem”də idman direktoru postunu tutan Paratiçi bundan sonra İngiltərə futbolunda işləyə bilməyəcək.

Aut.az

Exit mobile version