AUT.AZ

Ailəsini bu cazibədar modelə dəyişdi – FOTOLAR

Kevin-Prins Boatenqi xatırlayırsınız? 19 illik futbolçu karyerası ərzində 14 klub dəyişən qanalı hücumçu yəqin ki, yaddaşınızda komandaları əlcək kimi dəyişməsi ilə yadda qalıb.

Qanalı olmasına rəğmən, Almaniyanın paytaxtı Berlində dünyaya göz açan Boatenq “Herta”nın yetirməsidir. Hazırda da bu klubun formasını geyinir. Ancaq Bundesliqa təmsilçisinə ikinci dəfə qayıdana qədər o, tez-tez komanda dəyişirdi. Paytaxt klubunda ardıcıl 2-ci mövsümünü keçirən 36 yaşlı forvard 2021-ci ilə qədər bir mövsümdə 2 klub dəyişirdi.

2018-ci ilin yayında “Sassuolo”yla müqavilə imzalayan Kevin qış transfer pəncərəsində “Barselona”ya icarə verilib. La Liqa klubunda 3 oyunda meydana çıxan futbolçu mövsümlərarası fasilədə “Fiorentina”ya transfer olunub. Cəmi 6 ay sonra “Beşiktaş”a icarəyə verilib. Yayda isə “Montsa”ya üz tutub. Ancaq buradakı macərası daha çox, bir mövsüm davam edib.

“Herta”da onun problemsiz 2 mövsüm keçirməsi hər kəsi məəttəl qoyub. Berlin təmsilçisi elə də yaxşı çıxış etməsə də, Boatenq komandanın liderlərindən biridir.

Şəxsi həyatı da karyerasına bənzəyir. Problemli insandır. Artıq ailə həyatında da dəyişikliklər edib. Yeganə övladı Maddoks-Prensi dünyaya gətirən almaniyalı Melissa Sattedən boşanıb.

O, boşda çox qalmayıb. Artıq özünə yeni sevgili tapıb – Valentina Fradeqrada. 31 yaşlı italyan model uşaqlıqdan baletlə məşğul olub. Eyni zamanda 5 qat kunq-fu üzrə İtaliya çempionudur. Onlar bir müddətdir bir yerdə yaşayırlar. Sosial şəbəkələrdə paylaşdıqları qəribə və ehtiraslı fotolarla gündəmə gəlirlər.

Exit mobile version