AUT.AZ

Oxu atdı, yayı gizlətdi

“Lion”un prezidenti dövlətlərdən maliyyələşən klubları tənqid edib.

“Bu, hər kəsi özünə tərəf çəkən bir spiraldir. Biz adi iş adamları və ənənəvi investorlar üçün əlçatmaz səviyyə yaradan dövlətlərin futbola necə gəldiyini gördük.

Təəssüf ki, biz onlarla rəqabət apara bilmirik. Ona görə də hesab edirəm ki, tənzimləmə və nəzarətə ehtiyac var. Ola bilsin ki, bəzi Amerika françayzinqləri kimi biz də maaş həddi tətbiq etməliyik.

İnvestisiya bizə rəqabət, şoular yaratmağa imkan verir, lakin elə vaxt gəlir ki, sən özünü necə idarə etməyi bacarmalısan ki,  inkişafı öldürə biləcək həddi aşmayasan”, – Jan-Mişel Aulas bildirib.

RMC Sport xəbər verir ki, Olas dövlət tərəfindən maliyyələşdirilən klublardan danışarkən PSJ-ni nəzərdə tutub.  Paris klubu “Qatar Sports Investments” şirkətinə məxsusdur.

Aut.az

Exit mobile version