AUT.AZ

Messi mükafatlandırıldı, heykəlinə baxıb güldü – FOTO

Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messiyə xüsusi mükafat təqdim olunub.

Aut.az xəbər verir ki, bu barədə “TyC Sport” məlumat yayıb. 35 yaşlı hücumçuya Libertadores kubokunun şərəfinə Cənubi Amerika üzrə ən yaxşı oyunçu – “Futbolunn əsası” mükafatı verilib. Forvarda onu CONMEBOL-un prezidenti Alehandro Dominqes təqdim edib.

Həmçinin mərasim zamanı Messi, şərəfinə hazırlanan heykəllə də tanış olub.

Qeyd edək ki, Messi ötən il Argentina millisi ilə DÇ-2022-nin qalibi olub. O, turnirin ən yaxşı futbolçusu seçilib.

Exit mobile version