AUT.AZ

İsveçli futbolçu millimizlə oyunda əylənib

İsveç millisinin futbolçusu Yesper Karlsson Avro-2024-ün seçmə mərhələsinin 2-ci turunda Azərbaycana 5:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.

Aut.az xəbər verir ki, komandasının 4-cü qolunun müəllifi olan yarımmüdafiəçi İsveç mətbuatına açıqlamasında bunları deyib:

“Meydana qol vurmaq üçün çıxmışdım. Millidə ilk qolumu vurmağı xəyal edirdim. Azərbaycanla oyun əyləncəli keçdi. Dünən Emil Forsberlə danışmışdım. O, mənim qol vurmamağımı pis hesab etmişdi. Ona görə də qol vurmaq ümidi ilə meydana daxil oldum”.

Exit mobile version