AUT.AZ

“Fənərbağça”dan təklif almışdım”

“Qalatasaray”ın futbolçusu Nikolo Zaniolo İtaliya mətbuatına açıqlama verib.

Aut.az xəbər verir ki, yarımmüdafiəçi “cim-bom”la yanaşı, “Fənərbağça”dan da təklif aldığını söyləyib:

“Fənərbağça”nın təklifi var idi. Bunu gizlətməyəcəm. Amma “Qalatasaray” daha əvvəl mənimlə əlaqə saxlamışdı və onlara söz vermişdim. Oynamaq istəyirdim və təklifə “yox” demədim”.

Zaniolo fevralda “Roma”dan “Qalatasaray”a keçib. 23 yaşlı yarımmüdafiəçi Super Liqada 2 oyunda 1 qol vurub.

Exit mobile version