AUT.AZ

Dörd gözəllə eşq macərası yaşayan futbolçu – FOTOLAR

“Çelsi”nin Premyer Liqada işləri yaxşı getməsə də, müdafiəçisi Ben Çiluell yaxşı əhval-ruhiyyədədir. 26 yaşlı müdafiəçi avstraliyalı model Kartia Mullanla görüşməyə başlayıb.

İngiltərə millisinin üzvünün gözəl sevgililərlə bağlı böyük təcrübəsi var. Benin keçmiş sevgililərindən biri olan Coanna Ximonides futbolçu ilə münasibətdə olarkən Lester Universitetinin adi tələbəsi idi. 2018-ci ildə cütlük ayrıldı. Tezliklə Coanna “Sevgi adası” realiti şousuna çəkildi.

Çilyell-in bu barədə xoşagəlməz düşüncələri olduğu haqda şayiələr yayıldı. Ximonidin qlamur gözələ çevrilməsi onun xoşuna gəlmirdi. Çünki onunla əvvəlki kimi yaxınlıq edə bilmirdi.

Benin başqa bir keçmiş sevgilisi “Instagram”da 800 min izləyicisi olan model Holli Skarfondur. O, futbolçu ilə ötən yay Los-Ancelesdə əl-ələ görüntülənib.

Hollinin plastik əməliyyat nəticəsində görünüşü xeyli dəyişib. Onu Kim Kardaşyanın bacısı Kayli Cennerlə müqayisə edirlər. Skarfone Netflix-in “Too Hot to Handle” tanışlıq şousunda rol alıb.

Çiluell-in keçmiş sevgililərindən ən populyarı Kelsey Kalemindir. Onun “Instagram”da 2,8 milyon izləyicisi var.

“Çelsi”li futbolçu ən son macərasını Dominikan Respublikasından olan model Kamila Kendra ilə yaşayıb. Kamilanın özü də Bendən başqa, “Formula 1″in super ulduzu Lyuis Həmiltonla da görüşüb.

Exit mobile version