AUT.AZ

İsveç də Azərbaycanı biabır etdi

Futbol üzrə Azərbaycan milli komandası bu gün Avro-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.

Aut.az xəbər verir ki, yığmamız yeni tsiklin ikinci matçını da səfərdə keçirib. İlk turda Avstriyaya 1:4 hesabıyla uduzan Canni De Byazinin yetirmələri bu dəfə İsveç yığmasının qarşısında aciz qalıb. “Friends Arena”da baş tutacaq matçda İsveç Azərbaycanı biabır edib – 5:0.

AÇ-2024-ün seçmə mərhələsi, 2-ci tur
F qrupu

27 mart

22:45 İsveç – Azərbaycan 5:0
Qol: E.Forsberq, 38. B.Mustafazadə, 65-öz qapısına. V.Qyökeres, 79. Y.Karlsson, 88. A.Elanqa, 89.

Hakimlər: Stefani Frappar, Mikael Beşebru, Metyü Qrosbost, Bastyen Deşepi (hamısı Fransa).
Solna. “Friends Arena”.

İsveç: 1. Robin Olsen, 2. Linus Vahlqvist, 3. Viktor Lindelöf (k), 5. Hyalmar Ekdal, 6. Qabriel Qudmundsson, 9. Aleksander İsak, 10. Emil Forsberq, 17. Viktor Qyökeres, 18. Samuel Qustafsson, 19. Mattias Svanberq, 21. Deyan Kuluşevski.
Ehtiyat oyunçular: 12. Viktor Yohansson, 23. Kristoffer Nordfeldt, 4. İsak Hien, 7. Viktor Klaesson, 8. Yesper Karlsson, 11. Antoni Elanqa, 13. Ken Sema, 14. Edvin Kurtuluş, 15. Karl Starfelt, 16. Yesper Karslström, 20. Kristoffer Olsson, 22. Robin Kayson.
Baş məşqşi: Yanne Andersson.
Azərbaycan: 1. Emil Balayev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (k), 9. Renat Dadaşov, 10. Aleksey İsayev, 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Yusif İmanov, 23. Səlahət Ağayev, 2. Azər Əliyev, 5. Cəlal Hüseynov, 7. Namik Ələskərov, 13. Azər Salahlı, 14. Rüstəm Əhmədzadə, 15. Bəxtiyar Həsənalızadə, 15. Elvin Camalov, Filip Ozobiç, 21. Ozan Can Kökcü, 22. Musa Qurbanlı.
Baş məşqçi: Canni De Byazi.

Exit mobile version