AUT.AZ

Azərbaycanın oynayacağı stadionun dam örtüyünü bağladılar

Stokholmda bu gün İsveç və Azərbaycan yığmaları arasında AVRO-2024-ün seçmə mərhələ oyununa ev sahibliyi edəcək “Frends Arena”nın dam örtüyü bağlanıb.

Aut.az xəbər verir ki, buna səbəb matçın oynanılacağı Solna bölgəsində hava şəraitinin qeyri-sabit keçməsidir.

Havanın şaxtalı və qarlı olmasını nəzərə alan stadion rəhbərliyi Belçika ilə matçda (0:3) olduğu kimi, bu dəfə də dam örtüyünün bağlanmasına qərar verib.

Qeyd edək ki, İsveç – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Hazırda Stokholmda havanın temperaturu -3 dərəcədir. Gecə saatlarına doğru temperaturun daha da aşağı düşəcəyi gözlənilir.

Exit mobile version