AUT.AZ

“Qarabağ” – “Qalatasaray” oyununun biletlərini “qara bazar”a kim ötürüb?

“Qarabağ”la  “Qalatasaray” arasında keçirilən xeyriyyə matçına bilet tapmayanların sayı kifayət qədər idi. Onlayn satış başladıqdan sonra qısa zamanda ucuz biletlərin yoxa çıxması şübhələrin yaranmasına səbəb olmuşdu. Azarkeşlər oyun günü “qara bazar”ın işə düşəcəyindən narahat idilər.

Aut.az xəbər verir ki, oyunu izləmək istəyənlərin qorxduğu başına gəlib. Şəhərin müxtəlif məntəqələrində, Gənclik, Koroğlu və Qara Qarayev metro stansiyalarında, eyni zamanda sosial şəbəkələrdə bilet satanların sayı kifayət qədər idi.

Türkiyədə baş verən zəlzələdən əziyyət çəkənlərə dəstək məqsədiylə keçirilən xeyriyyə matçının biletlərinin “qara bazar”a çıxması suallar doğurur. Xeyriyyə oyunundan da gəlir güdən işbazlar kimlərdir? Aut.az-a bununla bağlı məlumat daxil olub. Bildirilir ki, həmin biletləri alverçilərin əlinə ötürən şəxslər elə “Qarabağ”ın daxilindədir. Həmin klub rəsmisinin adı bizə bəlli olsa da, dəqiqləşdirmələr apardıqdan sonra onun adını açıqlayacağıq.

Aut.az

Exit mobile version