AUT.AZ

Problemləri başdan aşır, 1937-ci ilin davasını aparır

“Barselona” İspaniya Kral Futbol Federasiyasına rəsmi müraciət hazırlayır.

Aut.az xəbər verir ki, müraciətdə vətəndaş müharibəsi zamanı Kataloniya klubunun 1937-ci ildə əldə etdiyi çempionluq titulunun rəsmi tanınması xahiş ediləcək. Bu barədə ESPN Digital öz mənbələrinə istinadən məlumat yayıb.

Barselonanın Tarixi Yaddaş Komissiyası artıq klub üçün 1937-ci ildə qazanılan titulun etibarlılığını əsaslandıracaq bir hesabat hazırlayır. Turnir həmin il Kataloniya Futbol Federasiyası tərəfindən təşkil edilmişdi və çempionatda səkkiz klub iştirak etmişdi: “Barselona”, “​​Espanyol”, “Jirona”, “Valensiya”, “Levante”, “Ximnastik”, “Qranollers” və “Athletik de Kastelyon”. Madrid təmsilçiləri (“Real”, “Atletiko”) cəbhə xəttinin İspaniya paytaxtına yaxın olması səbəbindən turnirə qatılmamışdılar.

2009-cu ildə Joan Laporta prezident olduğu ilk dönəmdə artıq bu məsələni gündəmə gətirmişdi. Lakin o vaxt turnirin federasiya tərəfindən təşkil olunmadığı əsas gətirilərək, müraciət rədd edilmişdi.

“Barselona” istəyinə çatsa, onun muzeyində rəsmi olaraq 26 yox, 27 liqa çempionluğu olacaq.

Aut.az

 

Exit mobile version