AUT.AZ

Dərsi öyrənə bilməyənlərə aiddir – Ona elə bir cavab verdi ki….

İsveçrə “Sion”unun 32 yaşlı hücumçusu Mario Balotelli sərəncamında keyfiyyətli hücumçuların olmamasından şikayətlənən İtaliya millisinin baş məşqçisi Roberto Mançiniyə cavab verib.

“Bizdə niyə bu qədər az hücumçu olduğunu bilmirəm. Çox məhdud sayda hücumçular arasından seçim edirik”, – Mançini demişdi.

“İtaliyada hücumçular var və onlar yaxşı formadadırlar, mənə inanın. Təəssüf, bu fikirlər hər şey artıq bitdikdə dərsi öyrənə və məqsədə çata bilməyənlərə aiddir. Və ya sadəcə heç vaxt məqsədə çatmayanlara”, – Balotelli sosial şəbəkədə yazıb.

Xatırladaq ki, Mario Balotelli 2018-ci ilin sentyabrından İtaliya millisinə çağırılmayıb.

Aut.az

Exit mobile version