AUT.AZ

Azərbaycan Kubokunu qazandı

Sərhədçi İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun final qarşılaşması baş tutub.

Aut.az xəbər verir ki, həlledici oyun “Gəncə” və NTD komandaları arasında keçirilib. Matç “Gəncə”nin 100:89 hesablı qələbəsi ilə başa çatıb.

Finalın ən dəyərli basketbolçusu “Gəncə” komandasının oyun qurucusu Kollin Törner seçilib. O, 38 xal, 13 ribaundla oynayıb.

Mükafatlandırma mərasimində Gənclər və İdman Nazirliyinin nazir müavini xanım Mariana Vasileva və basketbol federasiyasının rəyasət heyətinin üzvüləri Bəxtiyar Aslanbəyli, Simuzər Feyzullayeva, Elnur Əliyev və Vilayət Vəliyevdə iştirak ediblər. Kuboku “Gəncə” komandasının kapitanı Amil Həmzəyevə xanım Mariana Vasileva təqdim edib

Exit mobile version