AUT.AZ

3-cü dəfə qayıdır?

“Real”in keçmiş baş məşqçisi Zinəddin Zidan mövsümün sonunda yenidən bu vəzifəyə qayıda bilər.

Aut.az xəbər verir ki, o, qayıtması üçün keçmiş klubunun qarşısına iki tələb qoyub. Fransalı mütəxəssis “Real”dan fiziki hazırlıq üzrə məşqçi Qreqori Düponu məşqçilər korpusuna daxil etməyi istəyib.

Həmçinin, o, özünün Madrid təmsilçisini çalışdırdığı vaxt “kral klubu”na qoşulan belçikalı futbolçu Eden Hazardın “Real” qalmasını üçün israr edir.

Komandanın hazırkı çalışdırıcısı Karlo Ançelotti yayda klubu tərk edərsə, Zidan 3-cü dəfə “Real”ın baş məşqçisi ola bilər.

Exit mobile version