AUT.AZ

O, heyvan kimidir – Məşhur məşqçi

İngiltərə millisinin sabiq baş məşqçisi Fabio Kapello “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland haqqında fikirlərini bölüşüb.

“O, heyvan kimidir – güclü, böyük, kifayət qədər ağıllı. Onun elə gücü, elə sürəti var ki… Adama elə gəlir ki, təsadüfi qollar vurur. Amma onun bəxtinin gətirdiyini iddia edə bilmərik, sadəcə adam bir yerdə dayanmır, daim hərəkət edir. Sonra isə top ayağının altına düşəndə, hərəkətlərini çox yaxşı əlaqələndirdiyi üçün fürsətlərdən maksimum yararlanır.

Düşünürəm ki, yaxın illərdə o, çox inkişaf edə və birinci dərəcəli oyunçu ola bilər. Prinsipcə, o, artıq belədir, amma görək yaxın bir neçə ildə nə baş verəcək”, – deyə “Marca” Kapellodan sitat gətirir.

Aut.az

Exit mobile version