AUT.AZ

“Qalatasaray” “Qarabağ”la oyun üçün heyətini açıqladı

“Qalatasaray” sabah “Qarabağ”a qarşı yoldaşlıq oyunu keçirəcək.

Aut.az xəbər verir ki, İstanbul təmsilçisi Bakıdakı görüş üçün heyətini açıqlayıb. Baş məşqçi Okan Buruk 23 nəfərlik siyahıya qapıçı Fernando Muslera, belçikalı hücumçu Dris Mertensin adını daxil etməyib.

Qapıçılar: 12. Atakan Ordu, 34. Okan Koçuk

Müdafiəçilər: 2. Leo Dyubua, 4. Matias Yensen, 13. Emre Taşdemir, 23. Kaan Ayhan, 42. Abdulkerim Bardakçı, 55. Arda Deniz Yavaş, 58. Ali Yeşilyurt, 77. Berkan Aksoy

Yarımmüdafiəçilər: 6. Lukas Torreyra, 6. Fredrik Midtşö, 11. Yunus Akgün, 17. Nikolo Zaniolo, 22. Berkan Kutlu, 27 Serjio Oliveyra, 30. Yusuf Demir, 59. Caner Doğan, 64. Xuan Mata

Hücumçular: 18. Bafetimbi Qomis, 44. Beknaz Almazbekov, 56. Baran Demiroğlu, 99. Mauro İkardi

Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Exit mobile version