AUT.AZ

Karyerasını bitirmək istədiyi 3 klub

“Mançester Yunayted”in futbolçusu Rafael Varan karyerasını hansı klubda bitirmək istədiyi haqda danışıb.

Aut.az xəbər verir ki, Varanın planında 3 klub var.

“Karyeramı ya “Real”da, ya “Mançester Yunayted”də, ya da “Lans”da bitirəcəyəm. Əminəm ki, bu siyahıda başqa klub görünməyəcək. Amma “Real” variantı mənə çətin görünür, adətən ora kimsə qayıtmır. Çox güman ki, “Mançester Yunayted” və ya “Lans”da karyeramı bitirəcəm.

Yaş 30-a yaxınlaşdıqca bu haqda daha çox düşünürsən. Yeddi yaşımdan futbol oynayıram, ona görə də istər-istəməz bir az ehtiyatlı davarnış var, amma qorxu yoxdur.

Həyatda hər hansı bir mühüm qərar qəbul etmək üçün diqqətli olmaq vacibdir. Düzgün qərar vermək üçün öz təcrübəmdən çıxış edəcəyəm”, – GQ Varanın sözlərini sitat gətirir.

Aut.az

 

Exit mobile version