AUT.AZ

İbra onu müdafiə etdi: Bədəlini ödəməli olursan

“Milan”ının isveçli hücumçusu Zlatan İbrahimoviç son müsahibəsində  “Tottenhem”in  rəhbərliyini və futbolçularını sərt tənqid edən Antonio Konteni dəstəkləyib.

Aut.az xəbər verir ki, isveçlinin fikrincə, başqalarının xoşuna gəlməsə də, hər bir insan özü olaraq qalmalıdır.

“Hər bir insan özü üçün işləyir. İnanıram ki, insan həmişə özü olaraq qalmalıdır. Amma bəzən bunun bədəlini ödəməli olursan. Çünki insanlar belə sözlər eşitmək istəmir”, – deyə “Sky Sports” İbrahimoviçdən sitat gətirib.

Antonio Konte müsahibə verdikdən sonra onun tezliklə qovulacağı ilə bağlı mediada məlumatlar yayılıb.

Aut.az

 

Exit mobile version