AUT.AZ

Hər gün Qvardiola ilə danışırmış, bir gün Mourinyo zəng edir və….

“Marsel”in çilili hücumçusu Aleksis Sançes “Mançester Yunayted”ə keçməzdən əvvəl “Mançester Siti”yə keçə bilərmiş.

“Mançester Sitiyə keçmək istəyirdim. Mən hər gün Qvardiola ilə danışırdım və o, məni ad günü münasibətilə təbrik etdi. O, “Barselona”da mənim üçün ata kimi idi və yenidən “Siti”də ola bilərdim.

Hər gün danışırdıq, mənə mesajlar göndərirdi. Və keçid üçün hər şey hazır idi, “Arsenal” məni əvəz edəcək oyunçu tapdı. Amma sonra Arsen Venger dedi ki, həmin oyunçu “Arsenal”a gəlməkdən imtina etdiyi üçün qalıram.

Sonra Joze Mourinyo mənə zəng edib dedi: “Aleksis, 7 nömrəli forma sənin üçündür”. Söhbət puldan getmir, bunu hamı bilir. “Yunayted” və “Siti”nin şərtləri eyni idi. O dedi: “Budur forma, biz Çempionlar Liqasında oynayırıq və sənə mühüm rol verəcəyik”.

O vaxt öz-özümə dedim ki, “Mançester Yunayted”də oynayan ilk çilili mən olacam. Kantona, Bekhem, Ronaldo yeddi nömrə  altında oynayıb və indi həmin formanı çilili geyinəcək.

“Yunayted”ə keçdiyimə görə peşman deyiləm, hər şeyin bir səbəbi olur. Bəli, mən “Siti”yə getmək istəyirdim. Getsəydim, bəlkə də Çempionlar Liqasını qazanacaqdıq. Finalda nəsə edə bilərdim”, – “90min.” Sançesdən sitat gətirib.

Aut.az

 

Exit mobile version