AUT.AZ

Etiraz: robot deyilik, insanıq, niyə sevinməyək?

London “Arsenal”ının müdafiəçisi Aleksandr Zinçenko İngiltərə Premyer Liqasında qazanılan qələbələri emosional qeyd etmələrinə münasibət bildirib.

Aut.az xəbər verir ki, ukraynalı bunu onunla izah edib ki, futbolçular da hamı kimi uğurdan sonra sevinc hissi keçirə bilən insanlardır.

“Biz robot deyilik, insanlarıq. Biz sadəcə öz işimizi görürük və o iş uğurla başa çatanda niyə sevinməyək? Mən bunu başa düşmürəm. Əlbəttə ki, biz hələ Premyer Liqanı qazanmamışıq, qarşıda çox oyunlar var, lakin Premyer Liqada hər oyun çox çətin keçir… Ona görə də biz belə bayram edirik”, – deyə “Daily Mail” Zinçenkodan sitat gətirib.

“Arsenal” bu mövsüm Premyer Liqada keçirdiyi 29 oyundan 69 xal toplayıb və liderdir. “Topçular” ən yaxın izləyicilərini 8 xal qabaqlayır.

Aut.az

Exit mobile version