AUT.AZ

Dayanmır ki… – Benzemanı da ötdü

Kilian Mbappe Fransa millisinin məhsuldar futbolçularının sıralamasında irəliləyib.

Aut.az xəbər verir ki, 24 yaşlı hücumçu buna Avro-2024-ün seçmə mərhələsində keçirilən Niderlandla görüşdə dubl etməklə nail olub. Bununla da futbolçu yığmadakı qollarının sayını 38-ə yüksəldib.

Nəticədə Mbappe 5-ci sırada qərarlaşan Kərim Benzemanı ötüb. Təcrübəli hücumçunun aktivində 38 qol var. Kilian bu statistikaya 67, Kərim isə 97 matçda çatıb.

Qeyd edək ki, Fransa millisinin tarixinin ən yaxşı bombardiri Olivye Jirududr. Onun aktivində 53 qol var.

Exit mobile version