AUT.AZ

Daha bir qalmaqal: Sabiq köməkçisi onu satdı

Nasser Əl-Xəlaifi-nin mərakeşli sabiq köməkçisi Hişam Karmoussi PSJ-nin sahibindən şikayət edib.

48 yaşlı Karmoussi Əl-Xelaifini mənəvi təzyiq, psixoloji zorakılıq və hədələrdə ittiham edir. O, bildirir ki, iş şəraiti onun insan ləyaqətini alçaldıb. Karmoussi Paris klubunun rəhbərini iş icazəsi olmadan əcnəbini işə götürməkdə də ittiham edib.

Mərakeşli, həmçinin Paris klubunun rəhbərinin Fransada qeyri-qanuni işləyən 4 filippinli qulluqçunu işə götürdüyünü bildirib.

“Hişam Karmoussi uzun illər müqaviləsiz, yaşayış icazəsi olmadan və qəbuledilməz rejimdə çalışıb”, – onun vəkili bildirib.

Karmoussi iddia edir ki, o, 2000-ci illərin ortalarında Əl-Xelayfiyə kömək etməyə başlayıb. 2011-ci ildən Əl-Xelayfi  PSJ-yə rəhbərlik etdiyi vaxtdan, əmək müqaviləsi olmadan onun yanında işləməyə və evində yaşamağa başlayıb.

Karmoussinin sözlərinə görə, 2017-ci il oktyabrın 12-də İsveçrə ədliyyə orqanlarının tələbi ilə “beIN Sports”un baş qərargahında 2026 və 2030-cu illərdə keçiriləcək futbol üzrə dünya çempionatlarına media hüquqlarının alınması ilə bağlı araşdırma çərçivəsində aparılan axtarış zamanı Əl-Xelaifi ondan qanunsuz hərəkətlərin mümkün sübutlarını gizlətmək üçün təcili olaraq “evi təmizləməyi” xahiş edib.

Əl-Xelaifinin sözçüsü iddialara cavab olaraq, Karmoussini PSJ prezidentini şantaj etməyə çalışan cinayətkar adlandırıb.

Aut.az

Exit mobile version