AUT.AZ

Ultimatum verəcəklər: Ya az məvacibə razılaş, ya da…

Komanda ilə müqaviləsi bir mövsüm başa çatacaq “Barselona”nın müdafiəçisi Jordi Alba növbəti transfer pəncərəsində komandanı tərk edə bilər.

Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. Mənbənin məlumatına görə, 34 yaşlı Alba ilə 2019-cu ilin fevralında bağlanan müqavilə illik maaş artımı variantı ilə imzalanıb. Növbəti mövsümdən Jordi komandanın ən çox maaş alan oyunçusu olacaq, bu da onu ehtiyat oyunçu hesab edən kluba sərf etmir.

Buna görə də, “Barselona” veteranı üçün ultimatum hazırlayır: müqaviləyə əsasən mövsümü başa vurmaq istəyirsə, maaşının azaldılmasına getməlidir. Əks halda, klub onunla müqaviləni pozmağa hazırdır.

Qeyd edək ki, yay transfer pəncərəsində “Barselona” futbolçu almaq istəsə, maaş büdcəsini 200 milyon avro azaltmalıdır.

Aut.az

Exit mobile version