AUT.AZ

Toyuq ətindən zəhərləniblər? – Çox dadlı idi

Niderland millisinin müdafiəçisi Vircil van Deyk bir neçə futbolçunun toyuq ətindən zəhərlənərək milli komandanı tərk etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“Bu hekayənin haradan gəldiyini bilmirəm. Mən də toyuq əti yedim və çox dadlı idi. Səbəb bu idi? Heç nə deyə bilmərəm. Nə baş verdiyini anlamıram.

Təbii ki, bu, milli komandaya böyük zərbədir, amma uşaqlar nəyə qadir olduqlarını göstərməlidirlər. Mən onlara arxayınam”, – deyə “NOS.nl” Vircildən sitat gətirib.

Ronald Kumanın başçılıq etdiyi məşqçilər korpusu növbəti matçlarda qapıçı Bart Verbruggen, müdafiəçilər Matteys de Liqt və Sven Botman, yarımmüdafiəçi Yoei Verman və hücumçu Kodi Qakponun xidmətindən yararlana bilməyəcək. Futbolçuların zəhərlənməsi ehtimalı ilə bağlı mətbuatda məlumatlar yayılıb.

Exit mobile version