Azərbaycan I Divizionunda XX turun təxirə salınmış “Şamaxı-2” – “Mingəçevir” oyunu keçirilib.
Aut.az xəbər verir ki, 4 qolun vurulduğu oyunda meydan sahibləri qələbə qazanıb.
Görüş daha əvvəl martın 7-də keçirilməli olsa da, qonaq komandanın avtomobil qəzasına düşməsi səbəbindən baş tutmamışdı.
I Divizion
XX turdan təxirə salınmış oyun
24 mart (cümə)
“Şamaxı-2” – “Mingəçevir” – 3:1
Qollar: Tapdıq Əhmədov, 47, Qurban Səfərov, 77, Rövşən Şahmuradov, 89 – Tural Məmmədzadə, 62
Hakimlər: Əli Əliyev, Anar Bədəlov, Sənan Atayev, Mahmud Bağırzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Şamaxı şəhər stadionu, 15:00 (canlı/Insports.Tv)