AUT.AZ

Təxirə salınmış oyunda “Şamaxı” qazandı

Azərbaycan I Divizionunda XX turun təxirə salınmış “Şamaxı-2” – “Mingəçevir” oyunu keçirilib.

Aut.az xəbər verir ki, 4 qolun vurulduğu oyunda meydan sahibləri qələbə qazanıb.

Görüş daha əvvəl martın 7-də keçirilməli olsa da, qonaq komandanın avtomobil qəzasına düşməsi səbəbindən baş tutmamışdı.

I Divizion
XX turdan təxirə salınmış oyun

24 mart (cümə)

“Şamaxı-2” – “Mingəçevir” – 3:1
Qollar: Tapdıq Əhmədov, 47, Qurban Səfərov, 77, Rövşən Şahmuradov, 89 – Tural Məmmədzadə, 62
Hakimlər: Əli Əliyev, Anar Bədəlov, Sənan Atayev, Mahmud Bağırzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Şamaxı şəhər stadionu, 15:00 (canlı/Insports.Tv)

Exit mobile version