AUT.AZ

Qara Qarayev Vətən müharibəsində səngərdə – FOTO

İkinci Qarabağ müharibəsində ordumuza dəstək olan tanınmış simalar arasında “Qarabağ”ın futbolçularından da var.

Məsələn, Qara Qarayev kimi. Təcrübəli futbolçu cəbhəyə aktiv dəstək olan futbolçulardan biri olub. Amma bu günə qədər nə bu barədə paylaşım edib, nə də bir kəlimə dilinə gətirib.

Uzun müddət sonra bu barədə blogger Elgün Gəncimsoy məlumat verib.

Belə ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Qarayevlə səngərdən olan fotosunu paylaşan blogger bu sözləri yazıb:

“Keçmiş təmas xəttinin Ağdam istiqamətində – ordumuzun dayaq məntəqəsində çəkilib. Yanımdakı yoldaş isə cəbhəyə ən çox gələn və can yandıran futbolculardan biri, Qara Qarayevdi…

İllər əvvəl səngər olub xatirələr yaşanan bu yerdən indi inşaat maşınları şütüyür. Qarabağı tez qurmağa tələsən maşınlar…”.

Exit mobile version