AUT.AZ

Qalmaqal: Yığmanın yeni formasında nasist işarəsi – FOTO

Yunanıstan Futbol Federasiyası milli komanda üçün yeni formaları təqdim edib.

Aut.az xəbər verir ki, forma Amerikanın “Nike” şirkəti tərəfindən hazırlanıb. Amma forma birmənalı qəbul edilməyib. Formanın üzərindəki naxış nasist simvoluna bənzədiyinə görə Yunan mətbuatının qınağına səbəb olub.

“Hökumət bir tərəfdən, guya parlamentdə nasistlərin olmasının qarşısını almaq üçün son dərəcə antidemokratik, təhlükəli düzəlişlər qəbul edir, digər tərəfdən isə onların cəmiyyətdə olması üçün hər şeyi edir…”, – “Mera25” nəşri yazıb.

Yunanıstan Avro-2024-ün seçmə mərhələsində Hollandiya, Fransa, İrlandiya və Cəbəllütariqlə B qrupunda yer alıb.

Aut.az

Exit mobile version