AUT.AZ

Özil “Real”a ona görə keçibmiş – Əsrin ən yaxşısıdır

Bu yaxınlarda karyerasını başa vurduğunu elan edən Məsut Özil “Roma”nın hazırkı baş məşqçisi Joze Mourinyonu “bu əsrin ən yaxşısı” adlandırıb.

“Məncə, Joze Mourinyo bu əsrin ən yaxşı məşqçisidir. Onun taktiki təfəkkürü başqa səviyyədədir, eləcə də ünsiyyət tərzi və ya motivasiya etmək bacarığı. O, mətbuat qarşısında həmişə komandasını müdafiə edir. O, həqiqətən dünya səviyyəli məşqçidir.

Mən ona görə “Real”ı seçdim. O, məni dəvət edərək stadionu və klub muzeyini göstərdi. Gördüklərimdən tüklərim biz-biz oldu.  Barselona səfəri daha az həyəcanlı idi və çox məyus oldum. Pep Qvardiola mənimlə görüşməyə belə ehtiyac duymadı.

Səfərdən əvvəl “Barselona”nın üslubunu çox bəyənirdim və orada necə oynayacağımı təsəvvür edirdim. Və belə situasiyada məhz Joze Mourinyo amili həlledici rol oynadı”, – deyə  Özil “Marca”ya deyib.

21 yaşlı Məsut Özil 2010-cu ilin yayında 15 milyon avroya “Verder”dən “Real” keçib.

Aut.az

Exit mobile version